Misli Premyer Liqasında daha 2 oyun keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXI turun daha 2
oyunu keçiriləcək.

Trend-in
məlumatına görə, günün ilk matçında “İmişli” “Şamaxı”nı qəbul
edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq
qarşılaşma saat 14:30-da başlayacaq. Hazırda “İmişli” 19 xalla
9-cu, “Şamaxı” isə 24 xalla 8-ci pillədə qərarlaşıb.




Günün son oyununda “Sabah” öz meydanında “Kəpəz”lə qarşılaşacaq.
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:00-da start
götürəcək. 49 xalı olan Bakı klubu turnir cədvəlinə başçılıq edir.
Gəncə təmsilçisi isə 13 xalla 11-cı sırada yer alıb.

Qeyd edək ki, XXI turun əvvəlki oyunlarında “Turan Tovuz”
“Zirə”yə, “Araz-Naxçıvan” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib
gəlib. “Sumqayıt” – “Qəbələ” matçında qapılara qol vurulmayıb –
0:0. Turun “Neftçi” – “Qarabağ” görüşü isə təxirə salınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir