
Baklş Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud 214
nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, çoxsaylı müraciətlər
nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti
istifadəyə verilib.
Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) “Koroğlu”
Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən
istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir.
Gedişhaqqı 0,55 AZN müəyyən edilib. Ödənişlər nağdsız qaydada
həyata keçirilir.

