Bakıda küləyin sürəti 21 m/s-dək güclənir – FAKTİKİ HAVA

Baş səhifə

Bakı. Trend:

Fevralın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-si
saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti
əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi yerlərdə az
yağıntılı olub.

Düşən yağıntının miqdarı Tərtər, Lənkəran, Astarada 1
mm-dir.




Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin
maksimal sürəti arabir 21 m/s-dək güclənir.

Neft Daşları, Çilov adası, Şəki, Şəmkir, Neftçala, Lənkəran,
Lerikdə duman müşahidə olunur, dumanda görünüş 200 metrədək
məhdudlaşır.

Fevralın 21-də havanın maksimal temperaturu Bakıda və Abşeron
yarımadasında 14, Naxçıvan MR-da 17, Aran rayonlarında 19, dağlıq
rayonlarda 16 dərəcəyədək isti müşahidə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir