İordaniya ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək

Baş səhifə

İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək.

Modern.az xəbər verir ki, bu barədə “Mehrnews” məlumat yayıb.

İordaniya Radio və Televiziya Korporasiyasına istinadən yayılan məlumata görə, anonim rəsmi “The New York Times”a müsahibəsində bildirib ki, İordaniya öz ərazisinin İrana qarşı hücumlar üçün plasdarm kimi istifadəsinə icazə verməyəcək.

Rəsmi nümayəndə əlavə edib ki, İordaniya ABŞ ilə İran arasında davam edən danışıqların regionda müharibənin qarşısını alacaq siyasi razılaşma ilə nəticələnəcəyinə ümid edir.

Həmçinin bildirilib ki, ABŞ-nin İordaniyadakı hərbi mövcudluğu iki ölkə arasındakı müdafiə sazişləri çərçivəsində həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir