
Bakı. Trend:
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna
münaqişəsinin həlli ilə bağlı tezliklə müsbət xəbərlər
gözləyir.
Trend-in
məlumatına görə, bu barədə Stiven Uitkoff “Fox News” telekanalına
müsahibəsində deyib.
O, bu məsələ ilə bağlı “gələcək həftələrdə yaxşı xəbərlərin
olacağına” ümid etdiyini bildirdi.
Onun sözlərinə görə, növbəti üç həftə ərzində danışıqların yeni
mərhələsi baş tuta bilər ki, bu da sonradan Rusiya prezidenti
Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında
görüşə səbəb olacaq.

