
Bakı. Trend:
“Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet əhatə
dairəsi şəbəkəsinin orbital qrupunu doldurmaq üçün orbitə 28
mini-peyk buraxıb.
Trend-in
məlumatına görə, bu barədə “SpaceX” şirkəti xəbər verib.
“28 Starlink peykinin buraxılışı təsdiqlənib”, – deyə
bildirilib.
Bu, ilin əvvəlindən bəri 17-ci Starlink buraxılışıdır. Buraxılış
Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromundan
həyata keçirilib.

