Günəşdə bütün ləkələr yox oldu

Baş səhifə

Bakı. Trend:

Günəşdə tünd ləkələr müşahidə edilmir.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik
Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası “Telegram” kanalında yazıb.




Qeyd edilib ki, “Günəşdə hətta ən kiçik bir nöqtə belə müşahidə
edilmir.” Ulduz hazırda “heç bir xüsusiyyəti olmayan ideal bir
disk” kimi görünür.

Alimlər günəş ləkələrinin ulduzun ayrılmaz hissəsi olduğunu və
onun maqnit sahəsinin səbəb olduğunu aydınlaşdırdılar. Tünd ləkələr
ən yüksək maqnit axını konsentrasiyası olan ərazilərdə əmələ gəlir
və onlar yalnız son dərəcə aşağı aktivlik zamanı tamamilə yox
olur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir