KİV: Ukraynada müharibədən sonra NATO Arktikada daha təhlükəli Rusiya gözləyir

Baş səhifə

“Ukraynada döyüş əməliyyatlarında iştirak etmək üçün Arktikadan köçürülmüş Rusiya qoşunları ağır itkilər verib. Lakin NATO onların gələcəkdə bərpa olunacağını gözləyir və bu, təhlükəli hala çevrilə bilər”.

APA xəbər verir ki, bunu “Business Insider”ə Norveçin Birləşmiş Operativ Qərargahının rəhbəri, vitse-admiral Rune Andersen bildirib.

O, hazırda Rusiyadan şimal istiqamətində açıq və birbaşa hərbi təhdid olmadığını deyib.

Lakin xəbərdarlıq edib ki, Moskvanın genişmiqyaslı müharibə başa çatdıqdan sonra silahlı qüvvələrini bərpa və genişləndirmək planları var.

“Biz daha təhlükəli bir Rusiya ilə qarşılaşmağa hazırlaşırıq”, – deyərək o əlavə edib ki, NATO mövcud vaxtdan hazırlıq üçün səmərəli istifadə etməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir