Ağstafada fermadan 44 yaşlı kişi meyiti tapılıb

Baş səhifə

Ağstafada fermada kişi meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1982-ci il təvəllüdlü F. Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir