
Bakı. Trend:
İtaliyanın Milan və Kortina d’Ampezzo şəhərlərində keçirilən
2026-cı il Qış Olimpiya Oyunlarına yekun vurulub.
Trend xəbər verir
ki, yarışın təntənəli bağlanış mərasimi “Arena di Verona”
stadionunda baş tutub.
Azərbaycan yarışda iki idmançı ilə təmsil olunub. Slalom növündə
Anastasiya Papatoma ilk enişini 59-cu sırada tamamlayıb və
ümumilikdə 95 iştirakçı arasında 51-ci pillədə qərarlaşıb.
Vladimir Litvintsev isə qısa proqramda 63.63 xal toplayaraq 29
iştirakçı arasında sonuncu yeri tutub.
Qeyd edək ki, medal sıralamasında Norveç birinci olub. İkinci
pillədə ABŞ qərarlaşıb, ilk üçlüyü isə Niderland tamamlayıb.

