“Falcon 9” 28 “Starlink” peykini orbitə çıxardı

Baş səhifə

Bakı. Trend:

“Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet
şəbəkəsinin orbit qrupunu artırmaq üçün 28 mini-peyki orbitə
çıxarıb.

Trend xəbər verir
ki, bu barədə “SpaceX” məlumat yayıb.

Bu, ilin əvvəlindən “Starlink” aparatlarının 17-ci
buraxılışıdır. Raket Floridadakı Kanaveral burnu kosmodromundan
buraxılıb.




Qeyd edək ki, 2019-cu ilin may ayından etibarən “SpaceX”
“Starlink” layihəsi çərçivəsində 11,2 mindən çox belə peyk orbitə
göndərib. Onların bir hissəsi fəaliyyətini dayandırıb və ya
orbitdən çıxıb, 9,7 mindən çox aparat isə hazırda işlək
vəziyyətdədir.

Hazırda “Starlink” şəbəkəsi dünyanın 160 ölkə və ərazisini əhatə
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir