
Bakı. Trend:
Almaniyada II Bundesliqanın 23-cü turu çərçivəsində növbəti
oyunlar keçirilib.
Trend xəbər verir
ki, heyətində azərbaycanlı hücumçu Mahir Emreli çıxış edən
Kayserslautern səfərdə Proyssen Munsteri 3:2 hesabı ilə məğlub
edib.
Uzun fasilədən sonra yenidən komandanın heyətinə daxil edilən
Emreli 88-ci dəqiqədə, bütün qollar vurulduqdan sonra meydana daxil
olub. Bu, hücumçunun ötən ilin noyabrından bəri ilk oyun dəqiqələri
olub.
Hazırda “Kayserslautern” 37 xalla turnir cədvəlində 6-cı pillədə
qərarlaşıb.

