
Bakı. Trend:
Litva Prezidenti Gitanas Nauseda məişət zədəsi səbəbindən gecəni
xəstəxanada keçirəcək.
Trend xəbər verir
ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nauseda evdə olarkən sol qolundan xəsarət alıb.
Prezidentə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra
o, xəstəxanaya aparılıb.
Mətbuat xidməti bildirib ki, prezident gecəni xəstəxanada
keçirəcək.

