Azərbaycanın Meksikadakı səfirliyi vətəndaşlara müraciət etdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Meksikadakı səfirliyi Meksikada davam edən
iğtişaşlarla bağlı ölkədəki vətəndaşlarına müraciət edib.

Trend xəbər verir
ki, müraciət səfirliyin “X” sosial media hesabında paylaşılıb.

“Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin
pisləşməsi ilə əlaqədar olaraq, Meksikada səfərdə olan və ya
müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Xalisko
ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima,
Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət
orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə
izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə
olunur.




Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik
qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli
ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən
yayımlanan məlumatları izləmələri xahiş olunur.

Meksikadakı Azərbaycan Respublikasının Səfirliyinin Konsulluq
şöbəsinin qaynar xətt nömrələri:

+52 5511 907 092
+52 5555 404 109″, – deyə paylaşımda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir