
Bakı. Trend:
Parisdə keçirilən kənd təsərrüfatı sərgisində ziyarətçilərlə
sərgi iştirakçıları arasında mübahisə yaranıb.
Trend xəbər verir
ki, mübahisə qısa müddətdə davaya çevrilib. Davada iştirak
edənlərdən biri soyuq silah istifadə edərək 2 polis əməkdaşına
xəsarət yetirib.
Əlavə polis qüvvələrinin müdaxiləsi nəticəsində hadisənin
qarşısı qısa müddətdə alınıb və 15 nəfər saxlanılıb. Saxlanan
şəxslər izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

