NATO “Dynamic Manta-2026” dəniz təlimlərinə başlayır

Baş səhifə

Bakı. Trend:

Fevralın 23-dən martın 6-na qədər Şimali Atlantika Alyansına üzv
ölkələrin bölmələri hər il keçirilən “Dynamic Manta-2026” dəniz
təlimlərini icra edəcəklər.

Trend-in
məlumatına görə, manevrlər Aralıq dənizinin mərkəzi hissəsində,
İtaliyanın ərazi sularında keçiriləcək.

Təlimlər çərçivəsində sualtı qayıqlara qarşı müdafiə
tapşırıqları yerinə yetiriləcək. Xüsusilə sualtı qayıqların aşkar
edilməsi və izlənilməsi üzrə taktiki manevrlər icra olunacaq.




Bundan əlavə, təlimlər aviasiya və dəniz qüvvələrinin
fəaliyyətlərinin koordinasiyasını, kəşfiyyat məlumatlarının
mübadiləsini, eləcə də dərin sularda və sahilyanı əməliyyatlar
şəraitində birgə planlaşdırmanı əhatə edir.

Qeyd edək ki, bu cür tədbirlər hər il NATO-nun sualtı müharibə
üzrə əsas çoxmillətli təlimlərindən biri kimi təşkil olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir