Səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Meksikadakı Səfirliyi bu ölkədə yaşayan Azərbaycan
vətəndaşlarına müraciət ünvanlayıb.

Trend xəbər
verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım
edilib.

Bildirilib ki, Meksikanın bəzi bölgələrində təhlükəsizlik
vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq Meksikada səfərdə olan
və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına
Xalisko ştatı, eləcə də qonşu
Miçioakan, Quanaxuato,
Kolima, Aquaskalientes,
ZakatekasNayarit ştatlarında
yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik
tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət
etmələri tövsiyə olunur.

“Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik
qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli
ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən
yayımlanan məlumatları izləmələri xahiş olunur”, – deyə məlumatda
vurğulanıb.

Qeyd edilib ki, Meksikadakı Azərbaycan Səfirliyinin Konsulluq
şöbəsinin qaynar xətt nömrələri bunlardır: +52 5511 907 092; +52
5555 404 109

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir