Avropa İttifaqı XİN rəhbərləri Rusiyaya qarşı növbəti sanksiyalar paketini müzakirə edəcək

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Xarici İşlər Nazirlərinin zirvə toplantısında bu
gün Rusiyaya qarşı sayca 20-ci sanksiyalar paketi müzakirəyə
çıxarılacaq. Lakin hələ ki, bu məsələdə uğurun əldə olunacağını
gözləməyə dəyməz.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici
Siyasət üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.

“Əlbəttə ki, 20-ci sanksiyalar paketi ilə bağlı diskussiyamız
olacaq, amma hesab edirəm ki, bu gün bu məsələdə hər hansı uğur
olmayacaq. Bununla belə, biz şübhəsiz ki, səylərimizi davam
etdirəcəyik”, – Aİ ali diplomatı Aİ zirvə toplantısı ərəfəsində
jurnalistlərə deyib.




Onun sözlərinə görə, nazirlər eyni zamanda, Ukrayna
münaqişəsinin nizamlanması kontekstində Rusiya ilə hansı
istiqamətlərdə danışıqların aparılmalı olduğuna dair müzakirələr
aparacaqlar. Gündəlikdə olan daha bir mövzu isə Ukraynaya Aİ
tərəfindən 90 milyard avroluq kreditin ayrılması məsələsi
olacaq.

Qeyd edək ki, fevralın altısında Avropa Komissiyası Rusiyaya
qarşı sayca 20-ci sanksiyalar paketinin layihəsini təqdim edib.
Məhdudlaşdırıcı ölçülər siyahısı enerji, maliyyə xidmətləri və
ticarət sahələrini ehtiva edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir