
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Kremlin Azərbaycana qarşı informasiya hücumu apardığı indiki vaxtda “beşinci kolon”da kimlərin olduğunu açqlamağa çağırıb.
Modern.az xəbər verir ki, eks-nazir bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına çağırış edib.
“Arxivləri açıb “beşinci kolon”da kimin hakimiyyət və ya müxalifət statusunun arxasında gizləndiyini açıqlamağın vaxtı çatmayıbmı?”, – T.Zülüfüqarov sual edib.
“Düşünürəm ki, arxivlərin bir hissəsini açıb hər kəsi layiq olduğu adlarla çağırmağın vaxtıdır”, – keçmiş nazir əlavə edib.

