
Bakı. Trend:
Böyük Britaniyada keçiriləcək seçkilərdə qələbə qazanacağı
təqdirdə, “İslahatçılar” ( Reform UK) partiyası ölkədən hər il 288
min qeyri-qanuni miqrantın deportasiyası məqsədilə ABŞ-nin
İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) analoqunu yaratmağı
planlaşdırır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə partiyanın sədri Ziya Yusuf
bildirib.
Siyasətçinin fikrincə, Böyük Britaniyanın sərhədlərinin
təhlükəsizliyi təmin edilməlidir.
“Avropa İnsan Hüquqları Məhkəməsindən çıxacağıq və burada
qanunsuz yaşayan şəxsləri deportasiya edəcəyik”, – Yusuf
bildirib.
KİV yazır ki, Britaniyada yaradılması nəzərdə tutulan miqrasiya
qurumu “Britaniya Deportasiya Komandanlığı” adlanacaq. Qurumun eyni
vaxtda 24 min qeyri-qanuni miqrantı saxlaması və gündəlik olaraq
beşədək aviareys təşkil etməklə ildə 288 min nəfəri ölkədən
deportasiya etməsi planlaşdırılır.

