Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası “Padel hər kəs üçündür” inklüziv idman tədbirində iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası “Padel hər kəs
üçündür” inklüziv idman tədbirində iştirak edib

Bu barədə Trend-ə Azərbaycan Uşaq və Gənclər Futbol
Federasiyasından məlumat verilib.

Bildirilir ki, “Padel hər kəs üçündür” adlı inklüziv idman
tədbiri Padel Center Baku və “Birlik” İctimai Birliyinin birgə
təşkilatçılığı ilə Bakıda keçirilib.

Tədbirdə “Birlik” İctimai Birliyinin sədri Cəlil Xudiyev iştirak
edərək inklüziv təşəbbüslərin cəmiyyət üçün əhəmiyyətini
vurğulayıb.

Tədbir autizm spektr pozuntusu olan uşaqlara, eləcə də uşaq
evlərində böyüyən uşaqlara həsr olunub. Layihənin əsas məqsədi hər
bir uşağın özünü komandanın bir hissəsi kimi hiss edə biləcəyi,
aktivlik göstərə və idmandan sevinc ala biləcəyi açıq və
dəstəkləyici mühit yaratmaq olub.




Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası da fəal
iştirak edib. Federasiyanı Prezident Asif Əliyev və Baş katib Asim
Xudiyev təmsil ediblər. Tədbir çərçivəsində federasiya
nümayəndələri təşkilatçıların təşəbbüsünü dəstəkləyib, uşaqlarla
ünsiyyət qurub və iştirakçılara xatirə hədiyyələri təqdim
ediblər.

Tədbir zamanı çıxış edən Prezident Asif Əliyev uşaqları
salamlayaraq belə tədbirlərin ölkədə idmanın inkişafına mühüm töhfə
verdiyini bildirib. Asif Əliyev vurğulayıb ki, idman yalnız
futbolun deyil, ümumilikdə sağlam və güclü gənc nəslin
formalaşmasında vacib rol oynayır. O qeyd edib ki, uşaqların idmana
cəlb olunması onların fiziki və psixoloji inkişafına müsbət təsir
göstərir və gələcəkdə sağlam cəmiyyətin formalaşmasına xidmət
edir.

Qeyd olunub ki, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası
üçün uşaqlar arasında idmanın inkişafı yalnız gələcək idmançıların
hazırlanması deyil, eyni zamanda mühüm sosial missiyadır.
Federasiya ardıcıl şəkildə uşaqların aktiv idman mühitinə cəlb
olunmasına və inklüzivliyin genişləndirilməsinə yönəlmiş
təşəbbüsləri həyata keçirir.

Bu cür layihələr sosial inteqrasiyanın güclənməsinə töhfə verir
və bir daha sübut edir ki, idman hər bir uşaq üçün əlçatan
olmalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir