Ötən ay Azərbaycanda sənaye sektoruna 650 milyon manatdan çox sərmayə yatırılıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda sənaye sektoru üzrə əsas
kapitala yönəldilmiş investisiyaların dəyəri 653,1 milyon manat
təşkil edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 46,9% çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların
yekunda xüsusi çəkisi 46,5%-ə bərabər olub.




Hesabat ayında sənaye sektoruna yatırılmış investisiyaların
572,7 milyon manatı (+78,8%) mədənçıxarma sənayesinə, 54,4 milyon
manatı (2,6 dəfə çox) emal sənayesinə, 126 milyon manatı (-74,9%)
elektrik enerjisi, qaz və buxar istehsalına yönəldilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi və
sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas
kapitala 1,406 milyard manat və ya 2025-ci ilin yanvar ayı ilə
müqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna
yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neftqaz
sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz çox
olub.

Ümumi sərmayənin 758,6 milyon manatı və ya 54,0 faizi məhsul
istehsalı sahələrinin, 551,0 milyon manatı (39,2 faizi) xidmət
sahələrinin, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinin
tikintisinin payına düşüb. Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8
faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
Sərmayə qoyuluşunun 41,1 faizi tikinti-quraşdırma işlərinə sərf
edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın
dəyəri ümumi sərmayənin 71,4 faizini təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir