“AzərEnerji”də rəqəmsal idarəetmə məsələləri müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

“AzərEnerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya
Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəhbərliyinin
iştirakı ilə görüş keçirilib.

Trend xəbər
verir ki, bu barədə “AzərEnerji” ASC məlumat yayıb.

Qeyd edək ki, “AzərEnerji” ilə Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi nümayəndələri arasında keçirilən bu görüş Prezident İlham
Əliyevin fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal
arxitekturası”na dair müşavirədə verdiyi tapşırıqlardan sonra
keçirilən sayca ikinci görüşdür və görüşdə dövlət başçısının 10
dekabr 2025-ci il tarixli 841 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair
Strategiya” çərçivəsində enerji sistemində həyata keçirilən
tədbirlər nəzərdən keçirilib.

“AzərEnerji” tərəfindən edilən təqdimat zamanı Elektroenergetika
Obyektləri üzrə Operativ Məlumat Sistemi (EOOMS), SCADA və
WAMS/WACS sistemlərinin tətbiqi, monitorinq və operativ idarəetmə
imkanları barədə məlumat verilib. Həmçinin monitorinq məqsədilə
xüsusi təchiz olunmuş nəqliyyat vasitələri və enerji obyektlərində
rəqəmsal nəzarət mexanizmləri diqqətə çatdırılıb.




Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri
təhlükəsizlik və kibertəhlükəsizlik sistemləri, o cümlədən Kiber
Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə məlumat verərək, birgə
əməkdaşlıq və ixtisasartırma imkanlarını təqdim ediblər.

Müzakirələr zamanı enerji ilə əlaqəli data mərkəzlərinin enerji
təchizatı, strateji obyektlərin yaxınlığında data infrastrukturunun
qurulması, fiber-optik şəbəkənin inkişafı və “AzərEnerji” ASC-nin
myGov.az platforması ilə inteqrasiyası məsələləri də əhatə olunub.
Qeyd edilib ki, inteqrasiya mərhələli şəkildə həyata keçiriləcək və
istifadəçi sayının artırılması nəzərdə tutulur.

Görüş çərçivəsində tərəflər rəqəmsallaşma, kibertəhlükəsizlik və
data mərkəzlərinin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini
razılaşdırıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir