
Bakı. Trend:
Meksikada “Xaliskonun Yeni Nəsil Karteli”nin lideri Nemesio
Oseqera Servantesin təhlükəsizlik qüvvələri tərəfindən
öldürülməsindən sonra baş verən zorakılıq dalğasında ən azı 14
nəfər həyatını itirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qurbanlar arasında – Meksika Milli Qvardiyasının
yeddi xidmətçisi yer alır. Ölüm faktları Xalisko, Miçoakan və
Quanaxuato ştatlarında qeydə alınıb.
Meksika Müdafiə Nazirliyi əvvəlcə əməliyyatın Oseqeranı ələ
keçirməyə yönəldiyini bildirmişdi, lakin əməliyyatın gedişində
hərbçilərlə kartel üzvləri ilə atışma meydana gəlib. Yaralı Oseqera
hava yolu ilə Mexikoya daşınmağa çalışılsa da, uçuş zamanı vəfat
edib.
Kartel üzvləri cavab olaraq yolları bağlayıb və nəqliyyat
vasitələrini yandırıblar. Meksikanın ikinci ən böyük şəhəri olan
Qvadalaxara faktiki olaraq bloklanmış vəziyyətə düşüb.
Meksika Prezidenti Klaudi Şeynbaum vətəndaşlara sakit olmalarını
çağırıb. Hakimiyyət orqanları bildirib ki, ölkənin 20 ştatında
kartel üzvləri tərəfindən qoyulmuş 250-dən çox yol baryerinin
əksəriyyəti aradan qaldırılıb.

