
Bakı. Trend:
Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə
Heyətinin sədri vəzifəsindən azad edilib.
Trend-in
məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam
imzalayıb.
Belə ki, sərəncamla Elnur Abbas oğlu İbrahimov Naxçıvan Muxtar
Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə
Heyətinin sədri vəzifəsindən azad edilib.
Digər bir sərəncamla isə Naxçıvan Muxtar Respublikası İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
vəzifəsinin müvəqqəti icrası həmin Agentliyin İdarə Heyəti sədrinin
müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib.

