Gürcüstanda xarici vətəndaşlar bu peşələrlə məşğul ola bilməyəcəklər

Baş səhifə

Bakı. Trend:

1 mart 2026-cı ildən etibarən Gürcüstanda xarici vətəndaşlar
taksi sürücüləri, kuryerlər və turist bələdçiləri peşələrində
işləyə bilməyəcəklər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, hökumətin bu barədə qərarını ölkənin baş
naziri İrakli Kobaxidze imzalayıb, sənədin mətni isə Gürcüstanın
“Qanunvericilik Bülleteni”ndə dərc olunub.

Baş nazirin sözlərinə görə, yeniliklər Gürcüstan vətəndaşlarının
əmək hüquqlarının qorunmasına yönəlib və xarici vətəndaşların işə
götürülməsinin məqsədəuyğunluğu aspektindən fəaliyyət sahələrinin
təhlilinə əsaslanır. Baş nazir bildirib ki, Gürcüstanda hazırda 250
mindən çox miqrant əməklə məşğuldur.




“Bu, vətəndaşlarımızla əmək bazarında həddən artıq rəqabətin
qarşısını almaq üçün vacibdir”, – deyə Kobaxidze vurğulayıb.

Dəyişiklər xarici vətəndaşlığı olan əmək miqrantlarına və
müstəqil sahibkarlara şamil olunacaq, lakin qaçqınlar, sığınacaq
axtaranlar, diplomatlar, akkreditə olunmuş jurnalistlər,
investisiya əsasında yaşayış icazəsi olan şəxslər və beynəlxalq
müqavilələrin təsirindən azad edilmiş şəxslərə aid olmayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir