Niderland tarixinin ən gənc baş nazirinin andiçməsi olub

Baş səhifə

Bakı. Trend:

Fevralın 23-də Rob Yetten Niderland tarixinin ən gənc baş naziri
kimi vəzifələrinin icrasına başlayıb. Kral Vilyem-Aleksandrın yeni
hökumətin tərkibini təsdiqləməsindən sonra nazirlərin andiçmə
mərasimi keçirilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

38 yaşlı Yetten ötən ilin oktyabrında diqqətlə hazırlanmış və
optimist seçki kampaniyası sayəsində mütərəqqi, Avropa yönümlü
“D66” partiyasını gözlənilməz qələbəyə aparmış, əvvəlki hökumətdən
fərqli siyasət yürüdəcəyinə söz vermişdi.




Onun sağçı-mərkəzçi koalisiyası Niderland parlamentinin həm
aşağı, həm də yuxarı palatalarında çoxluğa malik deyil və irəli
sürüləcək bütün təşəbbüslər üçün müxalifətin dəstəyinə ehtiyac
duyacaq.

Mühafizəkar xristian-demokratlar və sağ-yönümlü VVD partiyasının
koalisiyası olan “D66” avrozonanın iqtisadi baxımdan beşinci ən
böyük dövlətində nadir siyasi təcrübə hesab olunur. Ölkə ənənəvi
olaraq geniş hökumət razılaşmalarına əsaslanan çoxluq koalisiyaları
tərəfindən idarə olunub.

Lakin Niderlandın parçalanmış siyasi mənzərəsi şəraitində
parlament çoxluğu əldə etmək getdikcə çətinləşir: seçicilərin
üstünlükləri hər seçki dövründə dəyişir, mərkəzçi partiyalar isə
davamlı şəkildə dəstək itirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir