“Sabah” ardıcıl 10 qələbə ilə rekorda imza atdı

Baş səhifə

Bakı. Trend:

“Sabah” Misli Premyer Liqasında ardıcıl 10-cu qələbəsini
qazanıb.

Trend xəbər
verir ki, Bakı klubu seriyasının yubiley həddinə XXI turda
çatdırıb.

Paytaxt təmsilçisi evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
“Sabah” bunadək “İmişli”ni 3:0, “Neftçi”ni 2:0, “Turan Tovuz”u 3:1,
“Qarabağ”ı 2:1, “Sumqayıt”ı 3:1, “Karvan-Yevlax”ı 4:1, “Zirə”ni
3:1, “Araz-Naxçıvan”ı 4:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.




Klub tarixində ilk dəfə belə seriyaya imza atan “Sabah” turnirin
tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək 8
klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə
18-cidir.

“Neftçi” hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib
gəlib. “Qarabağ”ın 4, “Şəmkir”in 2 belə seriyası var. “Bakı”,
“Kəpəz”, “Turan”, “Xəzər” (Sumqayıt) və “Xəzər Lənkəran” isə
“Sabah” kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədə
çatdırıb.

Qeyd edək ki, “Sabah” növbəti turda “Qarabağ”la
qarşılaşacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir