Çexiyalı nazir yol qəzasına düşüb

Baş səhifə

Bakı. Trend:

Çexiyanın mədəniyyət naziri Oto Klempirj Praqada avtomobil
qəzasına düşüb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Çexiya Mədəniyyət Nazirliyinin
mətbuat katibi yerli mediaya açıqlama verib.




“Nazir Klempirj avtoqəzaya düşüb. Onun vəziyyəti yaxşı deyil.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb, onlar naziri Mərkəzi
Hərbi Hospitala təxliyə ediblər”, -deyə açıqlamada bildirilir.

Qəza bazar ertəsi səhər saatlarında baş verib. Nazirin üsusi
siqnallarla təchiz olunmuş xidməti avtomobili digər minik
avtomobili ilə toqquşub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir