
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Ukraynaya hücumla əlaqədar Rusiyaya qarşı
tətbiq olunmuş sanksiyaların müddətini 24 fevral 2027-ci ilə qədər
uzadıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə blokun rəsmi saytında
dərc olunmuş sənəddə qeyd olunur.
Rusiyaya qarşı sanksiyalar əsasən maliyyə, enerji, ticarət,
müdafiə-hərbi, nəqliyyat, texnologiya və xidmət sektorlarını əhatə
edir. Bankların bir hissəsi SWIFT sistemindən ayrılıb, Rusiya nefti
və enerji məhsullarının idxalına məhdudiyyətlər tətbiq olunub,
həmçinin yüksək texnologiyaların və ikili təyinatlı malların ixracı
qadağan edilib.
Bundan əlavə, Rusiya mediasının yayımı, bəzi fiziki və hüquqi
şəxslərin aktivləri, eləcə də gəmiçilik və aviasiya sahələrinə
qarşı fərdi və sektor sanksiyaları qüvvədədir.
Bu tədbirlər 2014-dən tətbiq olunur, lakin 2022-ci ildən sonra
genişləndirilib və Rusiyanın iqtisadi, hərbi-sənaye, eləcə də
maliyyə imkanlarını məhdudlaşdırmağa yönəlib.

