Qazaxıstanda referenduma ayrılan vəsaitin məbləği açıqlandı

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan hakimiyyəti ölkənin yeni Konstitusiyası ilə bağlı
referendumun keçirilməsinə təxminən 20,78 milyard təngə (təxminən
41,8 milyon ABŞ dolları) xərcləməyi planlaşdırır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Mərkəzi Referendum
Komissiyasının üzvü Mixail Bortnik brifinqdə jurnalistlərə məlumat
verib.

“Maliyyə Nazirliyi ilə aparılan hesablamalardan sonra biz 20,
778,515,000 təngə məbləği üzərində dayandıq”,- deyə o, müvafiq
suala cavab verərkən bildirib.




Bortnik qeyd edib ki, vəsaitlərin böyük hissəsi (təxminən 75
faizi) bütün səviyyələr üzrə seçki komissiyalarının əməkdaşlarının
əməkhaqlarının ödənilməsinə yönəldiləcək. Vəsaitlərin bir hissəsi
isə xaricdə yerləşən seçki məntəqələrində səsvermənin təşkili və
keçirilməsi üçün Qazaxıstan Xarici İşlər Nazirliyinə ayrılacaq.

Referendum martın 15-nə təyin olunub. Qazaxıstanda və ölkə
hüdudlarından kənarda səsvermə üçün 10 mindən çox məntəqə təşkil
ediləcək. Referendumda 12,4 milyondan artıq Qazaxıstan vətəndaşı
iştirak edə biləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir