
Bakı.Trend:
Sumqayıt şəhərində partlamamış hərbi sursat aşkarlanıb.
Bu barədə Trend-ə Fövqəladə hallar Nazirliyindən məlumat
verilib.
Bildirilir ki, top mərmisi şəhərin İnşaatçılar küçəsində
tapılıb.
Sursat Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun
mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən
götürülərək kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.

