Azərbaycan və Gürcüstan spikerləri regiondakı sülh prosesini müzakirə etdilər

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və
Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu
üçtərəfli iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan
Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz
Şamxaradze ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq bu
əməkdaşlıq formatının 2014-cü ildə Bakıda təsis edildiyi,
komitələrin Azərbaycanda son iclasının isə 2022-ci ildə Şuşada
keçirildiyi qeyd olunub.

Spiker Sahibə Qafarova Azərbaycan, Gürcüstan və Türkiyə arasında
üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və
iqtisadi inkişafa töhfə verdiyini bildirib.

Nikoloz Şamxaradze Gürcüstan Parlamentinin sədri Şalva
Papuaşvilinin salamlarını Milli Məclisin sədrinə çatdırıb.

Söhbət zamanı Azərbaycan və Gürcüstan arasında əlaqələrin
hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq bildirilib
ki, regionda strateji layihələrin icrasında da ölkələrimiz arasında
əməkdaşlıq uğurla davam edir. Ölkələrimiz arasında münasibətlərin
parlamentlər çərçivəsində də uğurlu inkişafı qeyd olunaraq
parlament sədrləri və deputatlar arasında sıx qarşılıqlı təmasların
münasibətlərimizin daha da genişlənməsində vacib rolu vurğulanb.
Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq
parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiyi diqqətə
çatdırılıb.

Spiker Sahibə Qafarova ötən ilin avqustunda Vaşinqton Zirvə
Görüşündən sonra regionda yaranmış vəziyyət və yeni imkanlar barədə
fikirlərini bölüşüb.

Nikoloz Şamxaradze isə Azərbaycan və Ermənistan arasında sülh
prosesinin regionun hər üç ölkəsi üçün faydalı olacağını,
Gürcüstanın da bu prosesi dəstəklədiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir