
Bakı. Trend:
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını
İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Liverpul” fransalı futbolçunu
transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat
yayıb.
Premyer Liqa nəhəngi Kamavinqa üçün “Real”a 80 milyon avroluq
təklif göndərəcək. “Kral klubu” 23 yaşlı orta xətt oyunçusunun
gedişinə mane olmayacaq.
Qeyd edək ki, “Real” Eduardo Kamavinqanı 2021-ci ilin yayında “Renn”dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu
mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi
matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

