
Avropa Parlamentində ABŞ-la ticarət müqaviləsi ilə bağlı səsvermə təxirə salınıb.
APA xəbər verir ki, bu barədə “Reuters” parlamentdəki iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, buna səbəb ABŞ Prezidenti Donald Trampın Ali Məhkəmədə əvvəlki qlobal tariflərin ləğvindən sonra onun yeni – 15% ümumi idxal rüsumunun tətbiq olunacağı barədə qərarı olub.
Bununla Aİ qanunvericiləri müqavilə ilə bağlı ikinci dəfə səsverməni təxirə salıblar. Bundan əvvəl avroparlamentarilər Trampın Qrenlandiyanı almaq tələbi və Avropa müttəfiqlərinə əlavə tariflər tətbiq etmək hədələri ilə bağlı səsverməni dayandırıblar.

