“Neftçi” 9 nömrəli formanı əbədiləşdirdi

Baş səhifə

Bakı. Trend:

“Neftçi” əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsini
əbədiləşdirib.

Trend xəbər verir ki, bu
barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun yaydığı açıqlamada qeyd olunub:




“O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu
formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə
qolu vurdu, “Neftçi” adını yüksəklərə daşıdı. Bundan sonra da
“Neftçi”nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli
Banişevskinin olacaq.

“Neftçi” Peşəkar Futbol Klubunun qərarı ilə, 2026/27 mövsümündən
etibarən komandanın 9 nömrəli forması fevralın 23-də anadan
olmasından 80 il ötən unudulmaz Anatoli Banişevskinin xatirəsinə
əbədiləşdirilir.

Bu, fəaliyyətdə olduğu 89 il ərzində Azərbaycan futbolunu hər
zaman irəli aparmış “Neftçi”yə, onun şanlı tarixinə, formasını
geyinmiş yüzlərlə futbolçuya əfsanəvi Anatoli Banişevskinin
simasında sərgilədiyimiz hörmətdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir