
Bakı. Trend:
Ötən il Almaniyanın ümumi daxili məhsulu (ÜDM) təxminən 5,1
trilyon dollara çatıb. Bu nəticə ilə Almaniya davam edən iqtisadi
böhranlara baxmayaraq, Çin və ABŞ-dən sonra üçüncü sıradakı yerini
qoruyub saxlayıb.
Trend xəbər verir ki, bu
barədə Alman İqtisadiyyat İnstitutunun (IW) hesabatında
bildirilib.
Ötən il ABŞ-də ÜDM-in həcmi 30,8 trilyon, Çində isə 19,5 trilyon
dollar təşkil edib. Yaponiya isə 4,4 trilyon dollarlıq göstərici
ilə dördüncü yerdədir. Yaponiya üçüncü yeri 2024-cü ildə Almaniyaya
uduzub. Hər iki iqtisadiyyat oxşar problemlərdən – qlobal ticarətdə
proteksionizmin artmasından, Çin ilə artan rəqabətdən və əhalinin
qocalmasından əziyyət çəkir. Bundan başqa, Almaniya və Yaponiya bir
müddətdir ABŞ və Çinin inkişaf dinamikasından geri qalır. Bu, hər
iki ölkənin yüksək texnologiyalar və süni intellekt sahəsində lider
mövqeyi və böyük daxili bazarları ilə əlaqədardır.
Hesabatda bildirilib ki, Almaniyanın 2026-cı ildə də üçüncü yeri
qoruyacağı gözlənilir. Bu, güclü sənaye bazası, ixtisaslı kadrlar
və elmtutumlu şirkətlər sayəsində mümkün olacaq. İqtisadi
durğunluqla müşahidə olunan ardıcıl iki ildən sonra iqtisadiyyat
təxminən bir faiz artım göstərəcək və bu, dövlət investisiyaları
ilə dəstəklənəcək. Lakin bərpa prosesi hələ də zəifdir.

