Daha bir şəhərdə güzəştli mənzillərin inşasına başlanılır

Baş səhifə

Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır.

Modern.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi(MİDA) məlumat verib.

Məlumata görə, ilkin mərhələdə 5.76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi işləri aparılacaq.

Belə ki, MİDA layihələndirilmə işlərinin icrasını “Era Design Group” MMC həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, 5.76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi 597 670 manata başa gələcək.

Qeyd edək ki, MİDA bir müddət əvvəl yaşayış kompleksinin layihələndirilməsi işləri ilə bağlı tender elan etmişdi. (İqtisadiyyat.az)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir