
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə proqramı ətrafında
razılıq əldə etməyə üstünlük verəcəyini açıqlayıb, lakin eyni
zamanda İslam Respublikasına qarşı yenidən güc tətbiq oluna
biləcəyi barədə xəbərdarlıq edib.
Trend xəbər verir ki, o, bu
fikirləri “Truth Social” sosial şəbəkəsində paylaşıb.
“Qərarı mən verirəm. Mən razılaşma əldə etməməkdənsə, razılaşma
əldə etməyi üstün tuturam. Əgər saziş baş tutmasa, bu, həmin ölkə
və təəssüf ki, onun xalqı üçün çox ağır gün olacaq. Çünki onlar
böyük və gözəl xalqdır və belə pis hadisə ilə üzləşməməlidirlər”, –
deyə Amerika lideri ABŞ-nin İrana qarşı mümkün hərbi addımlarına
işarə edərək qeyd edib.

