Serbiya Prezidentinə sui-qəsd cəhdində şübhəli bilinən iki nəfər saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Serbiyanın hüquq-mühafizə orqanları ölkə Prezidenti Aleksandar
Vuçiçə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki şəxsi həbs
edib.

Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.




Açıqlamada qeyd olunub: “Daxili İşlər Nazirliyinin əməkdaşları
D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü)
saxlayıb. Onlar Serbiya Respublikasının konstitusiya quruluşunu
zorla dəyişdirmək, silah əldə etməklə yüksək dövlət orqanlarını
devirmək, həmçinin Serbiya Respublikasının Prezidentinə, onun həyat
yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin
əməkdaşlarına sui-qəsd cəhdində şübhəli bilinirlər.”

Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi
isə Kralevodakı Ali Prokurorluğa göndəriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir