Türkiyədə terror təbliğatı aparanlara qarşı əməliyyat keçirilib – saxlanılanlar var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat
zamanı təşkilatın cari təbliğat fəaliyyətlərini həyata keçirən və
sosial şəbəkə kanalları vasitəsilə təşkilat təbliğatı apardıqları
müəyyən edilən 11 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Trend bu barədə
Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, İstanbul Baş Polis İdarəsinin Terrorla Mübarizə
(TEM) Şöbəsi və Kəşfiyyat Şöbəsinə bağlı bölmələr İŞİD-in ölkə
daxilindəki fəaliyyətinə qarşı yeni əməliyyat tədbirləri həyata
keçirib.




Prokurorluğun göstərişi əsasında qlobal terror təşkilatına qarşı
aparılan araşdırmalar çərçivəsində sözügedən təşkilatla əlaqələri
müəyyən edilən və İŞİD-lə əlaqəli fəaliyyət göstərərək sosial
şəbəkələr vasitəsilə təşkilatın təbliğatını apardıqları müəyyən
edilən şəxsləri izləyən polis əməliyyat keçirmək qərarı verib.

Təşkilat tərəfdarlarına qarşı aparılan texniki və fiziki
müşahidələrdən sonra bu səhər bir neçə ünvana eyni vaxtda reyd
təşkil olunub. Xüsusi təyinatlı dəstələrin iştirakı ilə keçirilən
əməliyyat zamanı 11 şübhəli saxlanılıb.

Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı
onlara məxsus mobil telefonlar, kompüterlər, xarici yaddaş
qurğuları və USB daşıyıcılar daxil olmaqla, bütün texnoloji
avadanlıqlar müsadirə edilib. Saxlanılan İŞİD şübhəliləri
dindirilmək üçün Terrorla Mübarizə Şöbəsinə aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir