İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmə cəhdinin qarşısı alındı

Baş səhifə

Bakı.Trend:

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının
“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı
tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA)
səsi eşidilib, bir qədər sonra isə həmin istiqamətdə hərəkət edən 2
(iki) nəfər naməlum şəxs müşahidə olunub.

Trend xəbər
verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə
qaldırılaraq xidməti ərazi qapadılıb.




Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində
Azərbaycan Respublikası vətəndaşları – 1993-cü il təvəllüdlü
Mərdanov Natiq Vahid oğlu və 1995-ci il təvəllüdlü Mahmudov Elşən
Arif oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran İslam
Respublikası ərazisindən PUA vasitəsilə atılan 10 kiloqram 224 qram
narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir