Azərbaycanın sənaye zonalarında ötən il 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib – Seymur Adıgözəlov

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manata
yaxın məhsul satışı həyata keçirilib, bunun da 1,2 milyard manatı
ixracın payına düşüb. Ötən illə müqayisədə istehsal 21,1 faiz,
ixrac isə 13,4 faiz artıb.

Trend xəbər
verir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin
sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə
fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat
konfransında deyib.




O bildirib ki, bu gün sənaye zonalarında istehsal edilən
məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur:

“Bütün bunların nəticəsi olaraq, ötən il qeyri-neft sənaye
məhsullarının istehsalında sənaye zonalarının payı 19,1 faiz,
qeyri-neft ixracında isə 33,9 faiz təşkil edib. Bu göstəricilər
sənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas dayaqlardan
birinə çevrildiyini göstərir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir