
Bakı. Trend:
Süni intellektin təhsildə tam olaraq necə reallaşdırılması sual
altındadır.
Trend xəbər
verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bu gün
“Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün
brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, süni intellekt sahəsində dünya hələ də
aydınlaşdırma mərhələsindədir:
“Təhsildə necə tətbiq olunacağı hələ sual altındadır. Bunun üçün
tədris planlarının da dəyişməsi vacibdir. Tədbirlər davam
etdirilir. Süni intellektin tətbiqində əsas məqsədlərdən biri
müəllimə şagirdə daha çox zaman ayırmağa şərait yaratmaqdır. Bir
neçə metodologiyanı rəqəmsallaşdırmaq mümkündür, bu da müəllimə
dəstək olacaq. Süni intellektin tənbəl müəllim və şagirdlər
yetişdirib-yetirməyəcəyi məsələsinə gəlincə, deməliyəm ki, süni
intellekt daha çox məlumatları təhlil edir. Müəllimlər üçün süni
intellektin tətbiqinin əsas məqsədi isə onların işini
asanlaşdırmaqdır”.

