2035-ci ilə qədər Abşeronun su infrastrukturu ilə bağlı problemlərin aradan qaldırılması planlaşdırılır – Riad Axundzadə

Baş səhifə

Bakı. Trend:

2035-ci ilədək Abşeron yarımadasının su infrastrukturu ilə bağlı
problemlərin aradan qaldırılması planlaşdırılır

Trend xəbər verir
ki, bunu Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)
strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəhbəri Riad
Axundzadə bu gün Bakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi:
tənzimləmə, risklər və məsuliyyətli biznes fəaliyyəti” mövzusunda
dəyirmi masada çıxışında deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin təxminən 10 milyon nəfər
təşkil etməsi və 4,5 milyondan çox su istifadəçisinin məhz Abşeron
yarımadasında yaşaması nəzərə alınaraq diqqətin bu regiona
yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.

“2035-ci ilə qədər yarımada ərazisində bütün infrastruktur
problemlərini aradan qaldırmağı və genişmiqyaslı modernləşdirmə
aparmağı planlaşdırırıq”, – deyə Axundzadə bildirib.




O qeyd edib ki, Milli Su Strategiyasının prioritet
istiqamətlərindən biri köhnəlmiş infrastrukturun modernləşdirilməsi
yolu ilə yenilənməsidir.

R.Axundzadə əlavə edib ki, ikinci prioritet suya əlçatanlıq
səviyyəsinin qaldırılmasıdır. Ölkə öz sərhədləri daxilində su
həcminə nəzarət imkanlarına malik olmalıdır. Bunun üçün yeni su
anbarlarının və müvafiq infrastrukturun tikintisi zəruridir.

Bundan əlavə, o vurğulayıb ki, kənd təsərrüfatı və sənayedə
istifadə olunan suyun bir hissəsi alternativ mənbələrlə əvəz
olunmalıdır ki, bu da qlobal tendensiyalara uyğundur. Alternativ su
ehtiyatlarının inkişafı çərçivəsində suyun duzsuzlaşdırılması
layihəsi və təmizləyici qurğuların reabilitasiyası üzərində iş
aparılır. Həmçinin yağış sularının toplanması imkanları da nəzərdən
keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir