
Bakı.Trend:
Nəsimi rayonunun bəzi ərazilərdə işığın təchizatında fasilə
yaranıb.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilir ki, fevralın 24-də Nəsimi Rayon Enerji Təchizatı və
Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata
keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək
Mirəli Qaşqay – Feyzulla Qasımov, Mirəli Qaşqay – Abbas Səhhət,
Abbas Səhhət – Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən
ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

