Gəncə avtomobil zavodu İB-də “İş yerlərində əməyin mühafizəsi” müzakirə olundu (FOTO)

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti Gəncə avtomobil zavodu İstehsalat Birliyində
“İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta” və “İş
yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri
təşkil edib.

Trend xəbər
verir ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktor müavini
Bağban Nəbiyev istehsalatda baş verən bədbəxt hadisələrdən
sığortalanmaq və iş yerlərində əməyin mühafizəsi mövzularının
aktuallığından danışdı və bir istehsalat sahəsi olaraq əməkdaşların
bu istiqamətdə maarifləndirilməsinin vacibliyini vurğuladı.

Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi
olaraq keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət
çəkilib, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının
vacibliyi vurğulanıb. Eyni zamanda əmək münasibətlərinin
elektronlaşdırılması istiqamətində görülən işlər barədə son
yeniliklər iştirakçıların diqqətinə çatdırılıb, “Əmək və Məşğulluq”
altsisteminin funksionallıqları müzakirə olunub.




Tədbirdə həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət
istiqamətləri barədə məlumat verilib. Müəssisələrdə əməyin
mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən
dəstək vurğulanıb və yeni qəbul edilmiş standartlarla bağlı
iştirakçılar ətraflı məlumatlandırılıb.

Sonda tədbir iştirakçılarının mövzularla bağlı sualları
cavablandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir