
Bakı.Trend:
Dəmir yolu qatarlarına gediş kartının balansını rəqəmsal
artırmaq mümkün olub.
Trend xəbər
verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat
yayıb.
Bildirilir ki, ADY-nin fiziki gediş kartlarının balansına
www.ady.az saytı vasitəsilə də vəsait yükləmək
mümkündür.
Bunun üçün saytda “Fiziki kartın balansının artırılması”
bölməsinə keçid edərək kart üzərindəki 10 rəqəmi və məbləği qeyd
edilməlidir.

