ADY-nin gediş kartlarının balansını artıq rəqəmsal artırmaq mümkün olub

Baş səhifə

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) gediş kartlarının balansını artıq rəqəmsal artırmaq mümkündür.

ADY-dən “APA-Economics”ə verilən məluamat görə, ADY-nin fiziki gediş kartlarının balansına www.ady.az saytı vasitəsilə də vəsait yükləmək mümkün olub.

“Bunun üçün saytda “Fiziki kartın balansının artırılması” bölməsinə keçid edərək kart üzərindəki 10 rəqəmi və məbləği qeyd edin”, – məlumatda qeyd olunur.

Daha ətraflı: https://ticket.ady.az/az/balans-artirilmasi

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir