
Bakı. Trend:
Pakistanın şimal-qərbində yerləşən Xeybər Paxtunkhva əyalətində
silahlı şəxslərin polis avtomobilini atəşə tutması nəticəsində,
biri yüksək rübtəli polis zabiti olmaqla yeddi nəfər həyatını
itirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisədən sonra əraziyə xeyli sayda polis
qüvvələri göndərilib. Hücumu həyata keçirən şəxslərin
müəyyənləşdirilərək tutulması üçün geniş-miqyaslı əməliyyata
başlanılıb.
Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə
götürməyib.
Ölən polis zabitinin –yerli polis rəisinin müavini olduğu
açıqlanıb.

